Şrift:
Yəməndə raket havaya qalxmadan partlayıb- Çoxlu sayda iranlı “mütəxəssis” ölüb
19.06.2019 [10:08] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Yəmənin paytaxtı Sananın şimalında yerləşən hərbi hava bazasında raketin havaya qalxmadan öncə partlaması nəticəsində çoxlu sayda iranlı “raket mütəxəssisi”nin öldüyü bildirilir.

Yerli media orqanlarının məlumatına görə, hadisə iyunun 17-də baş verib. Raketin havaya qalxmadan öncə partlaması nəticəsində çoxlu sayda husi komandanları və onlara kömək edən iranlı “raket mütəxəssisi” həlak olub.

Raketin hədəfinin Səudiyyə Ərəbistanı olması təxmin edilir. Bundan öncə də husilər dəfələrlə İran istehsalı olan raketlərlə Ərəbistanda sivil əhali də daxil olmaqla, müxtəlif hədəfləri doğru raket atıblar.
Bu xəbər oxucular tərəfindən 370 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed