Şrift:
Bu tikinti layihəsi 12 ildir təhvil verilmir – Urmiyədə
19.06.2019 [10:12] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycan şəhərləri bir çox layihənin təməli qoyulduğu, lakin heç zaman istifadəyə verilməyən projelərin mərkəzinə çevrilib.

Qərbi Azərbaycan Əyalətinin mərkəzi şəhəridə “Urmiyə Mərkəzi Zalı (talar)” layihəsi 12 ildir ki, təhvil verilmir.

“Təsnim” xəbər agentliyində yayılan məlumat görə, Qərbi Azərbaycan İslami İrşad və Mədəniyyət İdarəsinin rəisi bu məsələyə toxunub.
“Bu layihənin təməlqoyma mərasimi 2007-ci ildə keçirilib. Layihə 6 il sonra istifadəyə verilməli idi, lakin hələ də işlər yekunlaşmayıb. Layihənin 70 faiz işləri görülsə də, yenə də görülməli çoxlu iş var, salonlarda işlər təkmilləşməyib.”- deyə hökumət rəsmisi bildirib.

Bu günə qədər yarımçıq buraxılan layihəyə Qərbi Azərbaycan Əyalətinin büdcəsindən 40 milyard tümən vəsait sərf olunub.

Maliyyə vəsaitlərinin xərclənməsində şəffaflıq təmin olunmadığı üçün qeyd olunan məbləğin harada və necə xərcləndiyi dəqiq məlum deyil.

Qeyd edək ki, İranın dövlət rəsmiləri sözdə layihələrin təməlqoyma mərasiminə qatılmaq məqsədi ilə davamlı olaraq Güney Azərbaycan şəhərlərinə səfər edir, hətta təntənəli mərasimlər də keçirirlər. Lakin təbliğat məqsədi ilə təməli qoyulan layihələrin təhvil verilməsi üçün uzun illər lazımdır, hətta onların əksəriyyəti yarımçıq buraxılır və ya ümumiyyətlə işlə başlanılmır və heç zaman istifadəyə verilmir.
Bu xəbər oxucular tərəfindən 46 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed