Şrift:
Azərbaycanda dəmiryolu stansiyasının ərazisində güclü partlayış olub, iki nəfər yanıb
17.08.2012 [14:18] - Hadisə
Hadisə bu gün səhər saat 11:00 radələrində baş verib


Bakı-Qazax dəmiryolu xəttinin Goranboy rayonunda yerləşən Kürəkçay stansiyasının ərazisində güclü partlayış baş verib, ağır xəsarət alanlar var.

Hadisə bu gün səhər saat 11:00 radələrində stansiyanın ərazisində dəmiryolu təmiri ilə məşğul olan işçilərin yaşadığı vaqonda qeydə alınıb.

Vaqonun mətbəxində propan qazı ilə dolu olan balon işçilərin ehtiyatsızlığı səbəbindən partlayıb. Güclü partlayış yanğınla müşayiət olunub. Hadisə yerinə Goranboy rayon Dövlət yanğından mühafizə hissəsinin iki maşını və canlı qüvvəsi cəlb edilib. Hadisə zamanı vaqon içindəki əşyalarla birgə yanıb.

Həmin vaxt vaqonda olan iki fəhlə - Cəlilabad rayon sakinləri - 1989-cu il təvəllüdlü Babaşov Emil İbrahim oğlu və 1972-ci il təvəllüdlü Sadıqov Eldar Behbud oğlu müxtəlif yanıq xəsarətləri ilə Goranboy Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Emil Babayevin vəziyyəti daha ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı araşdırma aparılır.
Bu xəbər oxucular tərəfindən 852 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed