Şrift:
Fərəc Quliyevin təşəbbüsü ilə Yeni Günəşlidə seçicilərlə növbəti görüş keçirilib
19.06.2019 [11:05] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Milli Məclisin deputatı, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevin təşəbbüsü ilə Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində seçicilərlə daha bir məhəlli görüş keçirilib.
Deputatın köməkçisi Həbib Ələkbərovun verdiyi məlumata görə, görüş qəsəbənin “AB” yaşayış sahəsində 127-ci binanın sakinləri ilə keçirilib.
Görüşdə sakinlərin problemləri dinlənilib. Bina və ərazilərlə bağlı müraciətlərə yerində baxış keçirilib, əsaslı müraciətlər baxılması üçün qeydiyyata alınıb, əsassız olanlar barədə isə sakinlərə izahat verilib.
Bundan əlavə sakinlərlə milli və dövlətçilik maraqlarının qorunmasının və hər hansı separatçılığa qarşı mübarizədə dövlətin yanında olmanın vacibliyi ilə bağlı səmimi söhbətlər aparılıb.
Seçicilərlə bu şəkildə görüşün keçirilməsi sakinlər tərəfindən razılıqla qarşılanıb və millət vəkili tərəfindən onlara göstərilən bu diqqətə görə minnətdarlıqlarını bildiriblər.
H.Ələkbərovun verdiyi məlumatda bildirilir ki, görüşdə qeydə alınan problemlər Fərəc Quliyev tərəfindən nəzarətə götürülərək artıq həllinə nail olunmuşdur.
Qeyd edək ki, Fərəc Quliyevin təşəbbüsü ilə 31 saylı Suraxanı ikinci seçki dairəsi üzrə hər həftə bir ərazidə seçicilərlə məhəlli görüş keçirilir. Sakinlərlə söhbətlər aparılır, ərazilərlə bağlı sakinlərin istəkləri və narazılığa səbəb olan problemlər qeydə alınaraq, ümumiləşdirilib həlli istiqamətində işlər görülür.

MDHP Mətbuat Xidməti
Bu xəbər oxucular tərəfindən 141 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed