Şrift:
Rusiyada 70 karat çəkidə olan almaz daşına “Saxalin” adı verilib
20.06.2019 [09:28] - Gündəm, Sosial
Rusiyada 70 karat çəkidə olan almaz nümayiş etdirilib.

Rusiya Dövlət Qiymətli Metal və Daşlar Fondunun Formalaşdırılması İdarəsi 70 karat çəkidə olan almaz daşını Saxalin adasının şərəfinə adlandırıb. Çəkisi Saxalinin ərazisinə (76 min kvadrat kilometr) uyğun olan qiymətli daşa adanın adı verilib. Saxalində keçirilən sərgidə təqdim olunmuş qiymətli daş Rusiya Almaz Fondunda saxlanılacaq.

Qeyd edək ki, dünyada 20 karatdan artıq çəkisi olan iri almaz daşlarına adlar verilməsi ənənəsi mövcuddur. Rusiya Almaz Fondunda saxlanılan ən böyük almaz daşının çəkisi 342,57 karatdır. 1980-ci ildə tapılan daşa “Sovet İttifaqı Kommunist Partiyasının XXVI qurultayı” adı verilib.

Fəridə Abdullayeva
Bu xəbər oxucular tərəfindən 34 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed