Şrift:
Özbəkistan hökuməti Rusiyada çətin vəziyyətə düşən vətəndaşlarını geri qaytarıb
20.06.2019 [09:32] - Gündəm, Türk dünyası-Turan
Özbəkistan hökuməti keçən ilin sonundan bu günədək Rusiyaya gedən, lakin sənədlərini itirən, iş tapa bilməyən və çətin vəziyyətə düşən 950 vətəndaşını geri qaytarıb.

Bu barədə Özbəkistanın məşğulluq və əmək naziri Şerzod Kudbiev jurnalistlərə açıqlamasında bildirib. O deyib ki, Rusiya tərəfi ilə 1500 özbək miqrantın ölkəyə gətirilməsi barədə razılıq əldə edilib. “Onlar müvəqqəti saxlama məntəqələrində qalırlar və Özbəkistana qayıtmaq üçün vəsaitləri belə yoxdur. Ona görə də biz bu addımı atmağa məcbur olduq. Digər miqrantların ölkəyə gətirilməsi, onların sənədlərinin düzəldilməsi istiqamətində iş aparılır”, - deyə nazir əlavə edib.

Rəsmi məlumatlara görə, 33 milyon əhalisi olan Özbəkistanın xarici ölkələrdə 2,3 milyon, Rusiyada isə 1 milyon vətəndaşı çalışır.

Qulu Kəngərli
Bu xəbər oxucular tərəfindən 28 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed