Şrift:
Ustad ağır atletlərimiz Avropa çempionatında iki gümüş medala sahib olublar
20.06.2019 [11:06] - Gündəm, İdman
Finlandiyanın Rovaniemi şəhərində ustad ağır atletlər arasında Avropa çempionatı keçirilib.

Azərbaycan Ağır Atletika Federasiyasından bildiriblər ki, 30-dan çox ölkədən 500-ə yaxın atletin qatıldığı yarışda Azərbaycan təmsilçiləri də körpücük üzərinə çıxıblar.

Çempionatda kişi ustad ağır atletlərimizdən Akif Alıyev M-60 (60-64 yaşadək) qrupunda 55 kiloqram çəki dərəcəsində qüvvəsini sınayıb. O, toplam 124 kiloqram (58+66) nəticə ilə Avropa çempionatının gümüş medalına sahib olub.

M-70 (70-74-yaşadək) qrupunda 96 kiloqram çəki dərəcəsində isə Vladimir Jilyayev mübarizə aparıb. Təmsilçimiz toplam 163 kiloqram (72+91) nəticə ilə Avropa çempionatında ikinci yeri tutub.
Bu xəbər oxucular tərəfindən 34 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed