Şrift:
Rusiyalı alim Azərbaycanın neolit dövrü keramikasını tədqiq edir
20.06.2019 [11:34] - Gündəm, DAVAMın yazıları
Rusiya Dövlət Tarix Muzeyinin (Moskva) Arxeoloji abidələr şöbəsinin elmi əməkdaşı Natalya Petrova AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Arxeoloji Fondunda saxlanılan neolit (e.ə. VI - V minillik) dövrünə aid keramika məmulatlarını tədqiq etmək üçün respublikamızda elmi ezamiyyətdədir.

Rusiyalı alimin apardığı tədqiqatın əsas məqsədi Yaxın Şərqin və Qafqazın neolit dövrü keramikasının hazırlanma texnologiyasının araşdırılması və Yaxın Şərq, Cənubi və Şimali Qafqaz neolit məskənlərindən aşkar edilmiş keramik məmulatların hazırlanma texnologiyaları arasında oxşar və fərqli cəhətlərin təyinidir. Rusiyalı mütəxəssis əsasən Azərbaycanın Göytəpə və Menteştəpə neolit dövrü məskənlərindən aşkar edilmiş keramika nümunələrini tədqiqatlarına cəlb edib.

Qeyd edək ki, N.Petrova Azərbaycanda elmi ezamiyyəti dövründə Tovuz rayonundakı Göytəpə neolit dövrü məskənində elmi səfərdə olmuşdur. Beynəlxalq elmi əhəmiyyətə malik abidədə tədqiqatlar aparan AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, t.ü.f.d. Fərhad Quliyevin rəhbərliyi altında arxeoloji ekspedisiya üzvləri rusiyalı tədqiqatçını əldə etdikləri elmi nəticələrlə tanış etmişlər.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi
Bu xəbər oxucular tərəfindən 41 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed