Şrift:
Qırğızıstan parlamenti eks-prezident Almazbek Atambayevin toxunulmazlıq statusunu ləğv edib
21.06.2019 [09:38] - Xəbərlər, Türk dünyası-Turan
Qırğızıstan parlamenti eks-prezident Almazbek Atambayevin ittiham edilməsi və toxunulmazlıq statusunun ləğv olunması barədə qanun qəbul edib. Sənədin lehinə 100, əleyhinə 5 deputat səs verib.

Hüquqi qiymət verilməsi üçün sənəd Qırğızıstan Baş Prokurorluğuna göndəriləcək. Parlamentdə bununla bağlı yaradılan təşəbbüs qrupu eks-prezident Almazbek Atambayevi vəzifəsindən sui-istifadə etməklə bir sıra cinayətlər törətməkdə ittiham edir.

Qulu Kəngərli
Bu xəbər oxucular tərəfindən 382 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed