Şrift:
Azərbaycanda ali məktəblərə qəbulla bağlı ixtisas seçiminin nəticələri açıqlanıb
18.08.2012 [09:38] - Xəbərlər, Bildiriş
2012-2013-cü tədris ili üçün Azərbaycanın ali məktəblərinə keçirilmiş qəbul imtahanlarının nəticələrinə əsasən aparılan ixtisas seçiminin nəticələri açıqlanıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib ki, nəticələr komissiyanın internet saytında yerləşdirilib. Bundan başqa, bütün mobil operatorlardan iş nömrəsini 7727-yə mesajla göndərməklə nəticəni öyrənmək olar.
Ali məktəblərə keçirilmiş qəbul imtahanlarının nəticələrinə əsasən, müsabiqə şərtlərini ödəyərək ixtisas seçiminə buraxılan 38 minə yaxın abituriyentdən 35 893-ü ixtisas seçimi ərizəsini təsdiq edib. Abituriyentlərdən 2000-dən çoxu ixtisas seçimi etməyib.
Ərizələrini təsdiqləməyən abituriyentlər müsabiqədə iştirak etmək hüququnu itiriblər.
Bu xəbər oxucular tərəfindən 929 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed