Şrift:
İran Şərqi Azərbaycanda zəlzələdən zərərçəkənlərə yardım üçün Azərbaycana təşəkkür edib
18.08.2012 [09:52] - Xəbərlər, Güney Azərbaycan-Təbriz
İranın Azərbaycandakı səfirliyinin mədəni mərkəzinin təşkilatı və təşəbbüsü ilə cümə günü "Ramazan və müsəlman dünyasının birliyi" mövzusunda konfrans keçirilib.
Konfransda dini təşkilatlarla iş üzrə Dövlət komitəsinin, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri, Azərbaycanın ictimai, elmi, dini xadimləri, partiyaların nümayəndələri, ziyalılarlar, tələbələr iştirak ediblər.
Azərbaycanda İranın müvəqqəti işlər vəkili Seyid Əli Musavi zəlzələdən zərər çəkmişlərə göstərilmiş humanitar yardım üçün Azərbaycan xalqına və Azərbaycan dövlətina təşəkkür etdi.
Sonra Qüds günü ilə əlaqədar konfrans iştirakçıları çıxış ediblər. Çıxışlarda vurğulanmışdı ki, Qüds günü işğalçılara qarşı mübarizə günüdür və müsəlmanları birliyə çağıran bir gündür.
Konfransda qeyd edilib ki, əgər müsəlman xalqları vahid olsa, Fələstinin işğal edilmiş torpaqlarının, və həmçinin Dağlıq Qarabağın azad olmasına gətirib çıxaracaq.

DAVAM.AZ; - Parçalanmış Azərbaycanın bir bölgəsindəki fəlakət BÜTÖV AZ/RBAYCANIN fəlakətidir!!! Bu təşəkkür yersizdir...
Bu xəbər oxucular tərəfindən 1034 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed