Şrift:
Əli Nağıyev DTX rəisi oldu
21.06.2019 [12:16] - Gündəm, Hadisə, Bildiriş
Prezident İlham Əliyev Əli Nağıyevlə bağlı sərəncam verib.
Sərəncama əsasən, Əli Nağı oğlu Nağıyev Dövlət Təhlükəsizliyi Xidmətinə yeni rəis təyin olunub.
Qeyd edək ki, Ə. Nağıyev bu günə kimi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsini icra edib.
Əli Nağı oğlu Nağıyev 1958-ci ildə anadan olub. 2004-2011-ci illərdə milli təhlükəsizlik nazirinin müavini vəzifəsində işləyib.

General-mayor Əli Nağıyev 12 may 2011-ci il tarixindən 20 iyun 2019-cu ilə kimi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəis müavini vəzifəsində tçalışırdı.
Bu xəbər oxucular tərəfindən 45 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed