Şrift:
Ermənistan silahlıları bir neçə istiqamətdə atəşkəsi pozublar
18.08.2012 [10:09] - Gündəm, Hərb
Ermənistan silahlıları bir neçə istiqamətdə atəşkəsi pozublar.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində və Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə; işğal olunmuş Goranboy rayonunun Tapqaraqoyunlu; Ağdam rayonunun Yusifcanlı; Xocavəd rayonunun Kuropatkino kəndləri yaxınlığında və Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.
Bu xəbər oxucular tərəfindən 1208 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed