Şrift:
Qazaxıstanda partlayışlar bir neçə gün davam edə bilər
25.06.2019 [10:33] - Gündəm, Hadisə
Qazaxıstanın cənubunda yerləşən Arıs şəhərindəki silah anbarında partlayışlar bir neçə gün davam edə bilər.

Bunu Türküstan vilayətinin rəhbəri Umirzak Şukeev deyib. “Yanğının miqyası çox böyükdür və bu, bir neçə gün davam edə bilər. Təhlükəsizlik səbəbindən bütün əhali təxliyə olunmalı idi”, - deyə o, fövqəladə vəziyyətlə bağlı keçirilən brifinqin gedişində bildirib.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Arıs şəhərində yaranmış vəziyyətlə şəxsən tanış olmaq üçün Türküstan vilayətinə yola düşüb.

Xatırladaq ki, Qazaxıstanın cənubunda yerləşən Türküstan vilayətinin 44,3 min nəfər əhalisi olan Arıs şəhəri yaxınlığında yerləşən hərbi hissələrin birində bu gün səhər saatlarında yanğın baş verib. Bundan sonra silah anbarındakı döyüş sursatları partlamağa başlayıb. Şəhərin bütün əhalisi təxliyə edilib.

Son məlumata əsasən, hadisə nəticəsində azı bir nəfər həlak olub, 70-dən çox insan isə xəsarət alıb. Əraziyə 58 təcili yardım briqadası və iki helikopter cəlb edilib.

Baş verənlərin səbəbləri araşdırılır. İnsidentlə bağlı cinayət işi açılıb.
Bu xəbər oxucular tərəfindən 406 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed