Şrift:
Gələn ay Bakıda Dünya İslam Kulinariya Konqresi keçiriləcək
25.06.2019 [10:51] - Mədəniyyət
Gələn ay Bakıda Dünya İslam Kulinariya Konqresi keçiriləcək.
Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) məlumat veriblər.
Məlumata görə, Dünya İslam Kulinariya Konqresi iyulun 16-17-də baş tutacaq. Konqresdə 25 İslam ölkəsinin iştirakı nəzərdə tutulur.
Konqres çərçivəsində Azərbaycan şirkətlərinin qida, avadanlıq və s. sektorları üzrə sərgisi təşkil olunacaq. AZPROMO sahibkarları sərgidə iştirak etməyə dəvət edir.
Bu xəbər oxucular tərəfindən 37 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed