Şrift:
Quraqlıq Polşanın on regionunu iflic hala gətirib
27.06.2019 [09:19] - Gündəm, Sosial
Polşada havaların quraq keçməsi on regionun kənd təsərrüfatını iflic hala gətirib.

Yağışların yağmaması, çayların suyunun kəskin azalması həm də su anbarlarında qıtlığa gətirib çıxarıb.

Ən böyük təhlükə yaz əkini olan taxıl üçün gözlənilir. Taxıl bitkiləri ölkə əkinçiliyinin 22,2 faizini təşkil edir. Quraqlıq belə davam edərsə ölkədə ciddi taxıl çatışmazlığı və bahalaşma təhlükəsi var. Eyni problem qışda əkilən taxıl bitkilərində də olub. Bu zaman da ölkənin 322 bələdiyyəsində fermerlər zərərə uğrayıb.

Aygün Əliyeva
Bu xəbər oxucular tərəfindən 30 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed