Şrift:
Abşeron rayonunda Silahlı Qüvvələr Günü qeyd edilib
27.06.2019 [09:24] - Xəbərlər, Hərb
Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində yerləşən “N” saylı hərbi hissədə 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib.

Bayram tədbiri dövlət himninin səsləndirilməsi ilə başlayıb. Azərbaycan Ordusundan bəhs edən film nümayiş etdirilib.

Tədbirdə bildirilib ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin inkişafı tarixində ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri var. Ümummilli Liderin 1998-ci il mayın 22-də imzaladığı Fərmana əsasən, artıq 20 ildir ki, 26 iyun – Silahlı Qüvvələr Günü Azərbaycanda ümumxalq bayramı kimi qeyd edilir.

Hərbi hissənin komandanlığı zabit, gizir və sıravi əsgərlərin adından bayram tədbirinin təşkili üçün minnətdarlığın bildirib, ölkəmizdə ordu quruculuğu istiqamətində görülən işlərdən danışıb.

Sonra hərbi hissəyə xatirə hədiyyəsi təqdim edilib.

Tədbir konsert proqramı ilə davam edib. Vətənpərvərlik ruhunda səsləndirilən mahnılar hərbi hissənin əsgər və zabit heyəti tərəfindən böyük coşqu ilə qarşılanıb.
Bu xəbər oxucular tərəfindən 132 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed