Şrift:
Beynəlxalq Türk Akademiyası yanında “Dil və Terminologiya” Daimi Komissiyası qurulub
27.06.2019 [10:07] - Gündəm, Türk dünyası-Turan
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlər, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə respublikalarının dil sahəsində səlahiyyətli qurumların rəhbərləri ilə dil mütəxəssisləri Qazaxıstanın paytaxtı Nur-Sultanda bir araya gəlib. Toplantıda mütəxəssislər Beynəlxalq Türk Akademiyası (BTA) yanında "Dil və Terminologiya" Daimi Komissiyasının qurulması barədə razılıq əldə ediblər.

Beynəlxalq Türk Akademiyasından bildirilib ki, eyni zamanda, türk dillərində birgə leksikoqrafiya, terminologiya, onomastika, orfoqrafiya, orfoepiya, transkripsiya və digər sahələrdə ilkin mərhələdə layihələrin həyata keçirilmə mexanizmləri müzakirə olunub.

Əldə olunan razılığa əsasən, “Dil və Terminologiya” Daimi Komissiyası BTA-ya üzv ölkələrin dil sahəsində səlahiyyətli qurumlarının rəhbərləri və dil mütəxəssislərindən ibarət məsləhətləşmə orqanı funksiyasını yerinə yetirəcək və dil sahəsində birgə elmi fəaliyyətə dair tövsiyə və təkliflər irəli sürəcək.

Daimi Komissiya, fəaliyyətində Türk Şurasının qurulmasına dair Naxçıvan Müqaviləsini, Türk Şurası Zirvə görüşlərinin Qərarlarını, Türk Şurası Təhsil Nazirləri Şurası və Beynəlxalq Türk Akademiyası Elmi Şurasının iclaslarında qəbul olunan Qərarları və “Dil və Terminologiya” Daimi Komissiyasının Qaydalarını əsas götürəcək.
Bu xəbər oxucular tərəfindən 28 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed