Şrift:
Tbilisidə yeni etiraz aksiyası başlayıb
28.06.2019 [10:07] - Hadisə
İyunun 27-də Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında növbəti etiraz aksiyası başlayıb.

Bu saatlarda aksiyada az sayda insan iştirak edir. Amma onların sayının artacağı gözlənilir.

Səkkizinci gündür davam edən etiraz aksiyasının iştirakçıları Daxili İşlər naziri Giorgi Qaxariyanın istefasını tələb edirlər.

Qeyd edək ki, G.Qaxaria Gürcüstanın televiziya kanallarında yayımlanan siyasi tok-şouların aparıcıları ilə iyunun 20-də Tbilisidə baş verən hadisələrlə bağlı sual-cavab formatında görüşdə istefa verməyəcəyini bildirib.

Xətayi Əzizov
Bu xəbər oxucular tərəfindən 31 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed