Şrift:
Dağıstanda maskalı şəxslər məsciddə ibadət edənlərə atəş açıb, səkkiz nəfər yaralanıb
19.08.2012 [14:16] - Xəbərlər, Dərbənd
Avqustun 18-də axşam Dağıstanın Xasavyurt şəhərində iki naməlum şəxs məscidə girərək, orada ibadət edənlərə atəş açıb.
RİA “Novosti”nin verdiyi xəbərə görə, Dağıstan Daxili İşlər Nazirliyindən bildirilib ki, saat 20.55 dəqiqədə iki maskalı naməlum şəxsin şiə məscidinə daxil olaraq, odlu silahdan oradakılara atəş açmaları barədə məlumat daxil olub.
Hadisə yerinə istintaq orqanlarının əməkdaşları gəlib. Məsciddə şübhəli bağlama aşkarlanıb. Əraziyə istehkamçılar çağırılıb. Hadisənin kimlərin törətdiyi hələlik məlum deyil.
Atışma nəticəsində 8 nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır. Zərərçəkənlər Xasavyurt Mərkəzi Şəhər Xəstəxanasına yerləşdiriliblər.
Dağıstan DİN bütün böyük məscidləri, o cümlədən Mahaçqalada mərkəzi məscidi nəzarət altına alıb.
Qeyd edək ki, avqustun 19-da Ramazan ayı baş çatır, dünya müsəlmanları bayramı qeyd edirlər.
Bu xəbər oxucular tərəfindən 1651 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed