Şrift:
Özbəkistanda ilk qadın universiteti yaradılır
28.06.2019 [10:08] - Sosial
Özbəkistanda Koreya Respublikasının Kyunq-in Qadın Universitetinin filialı açılacaq.

Daşkənddə Kyunq-in Beynəlxalq Universitetində ancaq qadınlar təhsil alacaqlar. Bu, Müstəqil Dövlətlər Birliyi məkanında ilk qadın universiteti olacaq.

Universitetdə toxuculuq, dizayn, dəb, aviasiya, turizm, səhiyyə, gözəllik sənayesi və digər sahələrdə mütəxəssislər hazırlanacaq. Ali təhsil ocağında müasir tədris avadanlığı, laboratoriyalar, zəngin kitabxana fondu yaradılacaq, tədris prosesində qabaqcıl xarici təcrübədən istifadə ediləcək.



Qulu Kəngərli
Bu xəbər oxucular tərəfindən 28 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed