Şrift:
Osakada G20 ölkələri liderlərinin sammitinin ikinci günü başlayıb
29.06.2019 [10:31] - Xəbərlər, Siyasət
İyunun 29-da Yaponiyanın Osaka şəhərində G20 ölkələri liderlərinin sammitinin ikinci günü başlayıb.

Sammitin birinci günündə liderlər əsasən ticarət və rəqəmsal iqtisadiyyat məsələlərini müzakirə ediblər. Forumun ikinci günü isə liderlərin əsas diqqəti iqlim dəyişmələri ilə bağlı məsələlərə yönəldəcəyi gözlənilir. Liderlərin dünya okeanını çirkləndirən plastik tullantıların azaldılması istiqamətində müzakirələr aparacağı bildirilir. Eyni zamanda, liderlər qadınların hüquq və imkan bərabərliyi probleminin həlli ilə bağlı fikir mübadiləsi aparacaqlar.

Şənbə günü sammit başa çatacaq. Birgə bəyanatın qəbulu isə əldə ediləcək konsensusdan asılı olacaq.

Tədbirə sədrlik edən Yaponiyanın Baş Naziri Şinzo Abe sammitin yekunları ilə bağlı mətbuat konfransı keçirəcək.

Qeyd edək ki, G20 ölkələri dünya ümumi daxili məhsulunun 80 faizdən çoxuna malikdir.

Vüqar Ağayev
Bu xəbər oxucular tərəfindən 345 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed