Şrift:
Hindistanda inşası davam edən binanın çökməsi nəticəsində 15 nəfər ölüb
29.06.2019 [10:35] - Gündəm, Hadisə
Hindistanın Puna şəhərində inşası davam edən binanın divarının çökməsi nəticəsində 4-ü uşaq olmaqla 15 nəfər ölüb.

Hindistan KİV-ləri xəbər verir ki, hadisə güclü yağışların davam etdiyi gecə vaxtında – saat 1:00 radələrində baş verib. İlkin məlumata görə, binanın divarı fəhlələrin ailələri ilə birlikdə qaldıqları müvəqqəti yaşayış yeri tərəfə çöküb. Yerli vaxtla səhər saat 7-dək dağıntı altından 15 nəfərin cəsədi çıxarılıb, 3 nəfər xilas edilərək xəstəxanaya yerləşdirilib. Hazırda ərazidə axtarış işləri davam etdirilir. Ölü sayının çoxalma ehtimalı var.

Divarın çökməsinin əsas səbəbinin isə güclü yağışların divarın özülünü zəiflətməsi olduğu bildirilir. Ötən gecə şəhərdə 73,1 millimetr yağıntı qeydə alınıb ki, bu da 2010-cu ildən sonra ən yuxarı göstəricidir.
Bu xəbər oxucular tərəfindən 402 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed