Şrift:
BMT-də güney azərbaycanlı siyasi məhbuslara dəstək aksiyası keçirilib
29.06.2019 [10:44] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Cenevrədə Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurasının 41-ci toplantısında iştirak edən Ərk-Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin nümayəndəsi Jalə Təbrizi güney azərbaycalı siyasi məhbuslara dəstək aksiyası keçirib.

İyunun 27-də keçirilən toplantı zamanı güney azərbayanlı fəallarının adları olan siyahı BMT-yə və BMT-nin İran üzrə xüsusi məruzəçisinə təqdim edilib və 3 gün müddətində güney azərbaycanlı fəallara dəstək aksiyası keçirilib.

Jalə Təbrizi Cavid Rəhman kimi BMT-nin bir çox rəsmiləri ilə Güney Azərbaycanda mövcud vəziyyət və insan hüquqlarının pozulması məsələləri ətrafında görüşlər keçirib.

O, toplantıda həmçinin İranda Güney Azərbaycanlı türklərə qarşı aparılan ayrı-seçkilik siyasəti barədə də geniş çıxış edib.

Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurasının 41-ci toplantısı iyunun 24-də Cenevrədə öz işinə başlayıb və 12 iyula qədər davam edəcək.

Birləşmiş Millətlər Təşkilatında güney azərbaycanlı fəallar üçün keçirilmiş dəstək aksiyasından fotolar:
Bu xəbər oxucular tərəfindən 21 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed