Şrift:
İranlı diplomat: “Ən kiçik istəyimiz odur ki, bizə neftimizi satmağa imkan verilsin”
29.06.2019 [10:46] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Nüvə sazişi (“Bərcam”) üzrə müştərək komissiyanın iclasına qatılmaq üçün Vyanaya səfər edən İranın yüksək rütbəli nümayəndə heyətinin üzvü olan bir İran diplomatı iyunun 27-də “Röyters” agentliyinə müsahibəsində ölkə neftinin satışına qoyulan qadağadan danışıb.

İranın xarici işlər nazirinin müavini Abbas Əraqçinin başçılıq etdiyi nümayəndə heyətinin tərkibində iclasa qatılan və adının açıqlanmasını istəməyən İran diplomatı deyib ki, rəsmi Tehran İran neftinin satışına qoyulan qadağanın ləğvini istəyir: “Bizim ən kiçik istəyimiz odur ki, bizə neftimizi satmağa imkan verilsin. Avroplalılardan isə gözləntimiz odur ki, İranda sərmayə yatırsınlar, neftimizi alsınlar, pulunu da versinlər.

Hesab edirik ki, İranın neft ixracatının həcmi Amerikanın bizə qarşı tətbiq etdiyi sanksiyalardan əvvəlki həddinə qayıtmalı və buna şərait yaradılmalıdır” –deyə İran diplomatı əlavə edib.
Bu xəbər oxucular tərəfindən 325 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed