Şrift:
Azərbaycan “Minsk-2019”u 28 medalla başa vurdu: 5 qızıl, 10 gümüş, 13 bürünc
01.07.2019 [11:35] - Xəbərlər, İdman
Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunları başa çatıb.

Minskdə 82 idmançı ilə təmsil olunan Azərbaycan millisi 28 medal qazanaraq komanda hesabında 50 ölkə arasında 10-cu yerdə qərarlaşıb.
Komandamız Oyunları 5 qızıl, 10 gümüş, 13 bürünc medalla başa vurub.
Yarışın sonuncu günündə - iyunun 30-da 36 dəst medalın sahibləri müəyyənləşib. Azərbaycan millisi “Minsk 2019”un sonuncu günündə aktivinə 3 gümüş və 1 bürünc medal yazdırıb. Gümüş medalları karateçilərimizdən Firdovsi Fərzəliyev (60 kq), Rafael Ağayev (75 kq), yunan-Roma güləşi yarışında isə İslam Abbasov (87 kq) qazanıblar. Bürünc medala isə yunan-Roma güləşçisi Sabah Şəriəti (130 kq) sahib olub.
Ümumilikdə 200 dəst medala 43 ölkə təmsilçisi yiyələnib. Onlardan cəmi 34-ü qızıl medal sevinci yaşayıb. Bakıda keçirilmiş ilk Avropa Oyunlarında olduğu kimi, ikinci Avropa Oyunlarında da Rusiya komandası medal siyahısında birinci yeri tutub. Rusiyalı idmançıların aktivində 109 (44-23-42) medal var. İkinci yerdə 69 medalla ev sahibləri Belarus (24-16-29), üçüncü pillədə isə 51 medalla Ukrayna (16-17-18) yığmaları qərarlaşıblar. İlk onluqda İtaliya, Hollandiya, Almaniya, Gürcüstan, Fransa, Böyük Britaniya və Azərbaycan komandaları yer alıblar.
Bu xəbər oxucular tərəfindən 33 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed