Şrift:
Mehdi Nikazər Xudafərinin Ettelaat İdarəsinə çağırılıb
01.07.2019 [11:44] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney azərbaycanlı milli-mədəni fəal Mehdi Nikazər Xudafərin şəhərinin Ettelaat İdarəsinə çağırılıb.

Məlumata görə, Ettelaat əməkdaşları iyunun 30-da onunla telefon əlaqəsi saxlayaraq həmin gün saat 19:00-da idarəyə müraciət etməsini tələb ediblər.

Mehdi Nikazər ötən cümə axşamı günü də Xudafərində təhlükəsizlik qüvvələri tərəfindən saxlanmışdır.

Son bir ildə güney azərbaycanlı milli-mədəni fəallara qarşı təzyiqlər artıb. Onlar təhlükəsizlik orqanlarına çağırılaraq dindirilir, ağır işgəncəyə məruz qalır və məhkəmə hökmü ilə həbs olunur.

Bu vəziyyətə etiraz edən gazərbaycanlı fəallar ötən günlərdə “İranda türk fəallar, insan hüquqları müdafiəçiləri və digər vicdan məhbuslarına dəstək kampaniyası” keçiriblər. Kampaniyaya qoşulanlar azərbaycanlı milli-mədəni fəalların əleyhinə uydurma dosyelər quraşdırılmasını qınayaraq onlar və diger etniklərə mənsub fəalların azadlığa buraxılmasını istəyiblər. Kampaniya iştiralçıları İranda Apartheydın aradan qaldırılması və qeyri-fars millətlərinin hüquqlarına riayət edilməsini də tələb edib.
Bu xəbər oxucular tərəfindən 22 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed