Şrift:
Sarab zindanında həbs olunan Səhənd Məalidən heç bir xəbər yoxdur
01.07.2019 [11:44] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Sarab şəhərinin həbsxanasında məhbus həyatı yaşayan güney azərbaycanlı milli-mədəni fəal Səhənd Məalidən heç bir xəbər yoxdur, bu vəziyyət onun ailəsi və yaxınlarının nigaranlığına səbəb olub.

Xəbər agentliklərində yayılan məlumata görə, fəalın telefon əlaqəsi saxlamasına qadağa qoyulub, o artıq 13 gündür ki, telefondan istifadə edə bilmir.

Sarab sakini olan Səhənd Məali zindanda 10 aylıq həbs cəzasını çəkməkdədir. O mayın 2-də öz iş yerində təhlükəsizlik qüvvələri tərəfindən döyülərək yaxalandıqdan sonra həbsxanaya aparılıb.

Şahidlərin dediyinə görə, fəal yaxalanarkən azyaşlı bacısı uşağının gözü qarşısında təhqir olunub və vəhşicəsinə döyülüb.
Bu xəbər oxucular tərəfindən 24 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed