Şrift:
Bakıda “Azərbaycan mədəni irsi Luvr Muzeyində” adlı sərgi təşkil olunacaq
01.07.2019 [11:51] - Gündəm, Mədəniyyət
İyulun 3-dən sentyabrın 30-dək UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində Azərbaycan Xalça Muzeyində “Azərbaycan mədəni irsi Luvr Muzeyində” adlı sərgi təşkil olunacaq.

Sərginin keçirilməsi ölkəmizin mədəni həyatında çox önəmli hadisədir. Belə ki, dünya şöhrətli Luvr Muzeyinin daimi ekspozisiyasında sərgilənən üç nadir eksponat ilk dəfə olaraq Bakıda nümayiş ediləcəkdir.

Bu sərgi gələcəkdə iki mədəniyyət ocağı arasında daha sıx əlaqələrin qurulmasına və milli irs nümunələrimizin təqdim olunduğu birgə irimiqyaslı layihələrin keçirilməsinə təkan verəcək, ölkələrimiz arasındakı dostluq münasibətlərinin yeni inkişaf mərhələsinə yüksəlməsinə xidmət edəcəkdir.

Layihə “Azərbaycan Respublikasında xalça sənətinin qorunması və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi istiqamətində Azərbaycan Xalça Muzeyinin töhfəsidir.

Sərgi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Xalça Muzeyi, Fransanın Azərbaycandakı Səfirliyi, Luvr Muzeyi, Azərbaycan-Fransız İnstitutu və “Silk Way West Airlines” QSC-nin təşkilatçılığı ilə həyata keçirilir.
Bu xəbər oxucular tərəfindən 507 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed