Şrift:
Fərəc Quliyev: AŞPA-da Rusiyanın səs hüququnun bərpası mənfəətlər naminə dəyərlərin satılmasıdır (video)
01.07.2019 [13:34] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev 29.06.2019 tarixində Lider Televiziyasının canlı yayımlanan “Səda” verilişinin qonağı olub.
Həmin verilişdə Azərbaycan-Türkiyə və Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü kimi F.Quliyevlə Türkiyədə son bələdiyyə və İstanbuıda keçirilən təkrar seçkilər və Ukrayna ərazilərinin işğalına görə AŞPA-da Rusiyanın ləğv olunmuş səs hüququnun bərpası məslələri müzakirə olunub.
Türkiyə seçkilərini şərh edən millət vəkili nəticə olaraq əldə olunan əsas uğurun demokratik mühitin qorunub saxlanılmasında gördüyü qənaətində olduğunu bildirib. O, azərbaycanlılarınn seçiləri böyük həyacanla və diqqətlə izləməsi və yaranan polemikaların Azərbaycan-Türkiyə qardaşlığı ilə əlaqəli olduğunu bildirib. F.Quliyev AŞPA-nın Rusiya ilə bağlı məlum qərarını isə şərh edərkən Ukrayna ərazilərinin işğaldan azad olunmadan belə bir qərarın verilməsini mənfəətlər naminə dəyərlərin satılması kimi qiymətləndirib. O, Krım problemi ilə bağlı digər proseslər barədə də açıqlamalar verib.

F.Quliyevin qonağı olduğu həmin canlı yayımın videosunu təqdim edirik:


Bu xəbər oxucular tərəfindən 708 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed