Şrift:
Kabildə terror aktı törədilib, ölən və yaralananlar var
02.07.2019 [10:49] - Gündəm, Hadisə
Əfqanıstanın paytaxtı Kabilin diplomatik məhəlləsində minalanmış avtomobilin partladılması nəticəsində azı 6 nəfər ölüb, 100-dən çox insan yaralanıb.

TASS agentliyi xəbər verir ki, bu barədə Əfqanıstan DİN məlumat yayıb.

Bildirilir ki, partlayışın ardınca təhlükəsizlik qüvvələri ilə Taliban terrorçuları arasında atışma baş verib. Nəticədə 5 ekstremist məhv edilib.

Qeyd edək ki, terror aktı nəticəsində ölənlərdən ikisi polis əməkdaşı, 4-ü isə dinc sakindir.
Bu xəbər oxucular tərəfindən 359 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed