Şrift:
Ərdoğan: S-400-lər 10 gün ərzində çatdırılacaq
02.07.2019 [10:56] - Xəbərlər, Türk dünyası-Turan
S-400 zenit-raket komplekslərinin Ankaraya çatdırılması 10 gün ərzində həyata keçiriləcək.

Bunu Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Donald Trampla görüşündən sonra jurnalistlərə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan qeyd edib ki, Trampla həm telefon söhbəti, həm ikitərəfli görüş zamanı ABŞ tərəfindən sanksiya barədə heç bir söhbət olmayıb.

Qeyd edək ki, ABŞ və Türkiyə prezidentləri arasında görüş G20 sammiti çərçivəsində Yaponiyanın Osaka şəhərində keçirilib.
Bu xəbər oxucular tərəfindən 320 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed