Şrift:
Donald Tusk Avropa İttifaqının sammitini dayandırıb
02.07.2019 [11:21] - Siyasət
Avropa Şurasının rəhbəri Donald Tusk Brüsseldə keçirilən Avropa İttifaqının (Aİ) sammitini dayandırıb. Buna səbəb Aİ-nin əsas postlarına təyinatlar üzrə ölkə başçılarının razılığa gələ bilməməsi olub.

Sammitdə danışıqlar 20 saat davam edib. Lakin müzakirə olunan məsələyə dair konsensus əldə etmək mümkün olmayıb. Aİ-nin rəsmisi bildirib ki, danışıqlar iyulun 2-də davam edəcək.

Diplomatik mənbələrdən verilən məlumata görə, əsas Avropa strukturlarının rəhbərliyinə namizədlər aşağıdakılardır: Avropa Komissiyasının yeni rəhbəri niderlandlı siyasətçi Frans Timmerman, Aİ diplomatiyasının başçısı vəzifəsinə Belçikanın Baş Naziri Şarl Mişel, Avropa Şurasının prezidenti vəzifəsinə bolqarıstanlı iqtisadçı, Dünya Bankının icraçı direktoru Kristalina Georgiyeva, Avropa Komissiyasının müavini vəzifəsinə danimarkalı siyasətçi, rəqabət üzrə Avropa komissarı Marqret Vestaqer, Avropa Parlamentinin spikeri vəzifəsinə almaniyalı siyasətçi, Avropa Xalq Partiyasının lideri Manfred Veber.

Avropa strukturlarındakı mənbənin verdiyi məlumata görə, Fransa və Almaniya namizədlərin razılaşdırılması məsələsini ixtisaslaşdırılmış əksəriyyət yolu ilə səsverməyə çıxarmaq istəmir. İtaliya və Polşa isə bu üsulun tərəfdarıdır.
Bu xəbər oxucular tərəfindən 28 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed