Şrift:
Dağıstanda məscidin güllənməsi nəticəsində yaralanan azərbaycanlı vəfat edib
20.08.2012 [20:39] - Dərbənd
Xasavyurt şəhərindəki məscidin güllələnməsi nəticəsində ağır yaralanan azərbaycanlı vəfat edib, digər yaralının vəziyyəti isə sabit ağır kimi qiymətləndirilir. Bu barədə RIA "Dağıstana" yaralıların yerləşdiyi xəstəxanadan xəbər verilib.
İlkin məlumatlara görə vəfat edən həmyerlimiz Emin Cəfərovdu. Dağıstan Daxili İşlər Nazirliyindən Trend-ə heç bir məlumat verilməyib.
Avqustun 18-də saat 20.55 radələrində Dağıstan Respublikasının Xasavyurt şəhərinin Maqidov küçəsi, 107 saylı ünvanında yerləşən İmam Əli məscidinə iki naməlum şəxs girərək işəridə olanlara atəş açıblar.
Bu xəbər oxucular tərəfindən 915 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed