Şrift:
Türkiyədə “Ergenekon işi” üzrə məhkəmə başa çatıb
02.07.2019 [11:29] - Xəbərlər, Türk dünyası-Turan
Türkiyədə “Ergenekon işi” ilə bağlı məhkəmə prosesi başa çatıb.

Bu gün İstanbulda keçirilən məhkəmədə qərar elan edilib. Qərarda “Ergenekon” terror təşkilatı kimi bir qrupun mövcud olmadığı göstərilib.

Bu səbəbdən iş üzrə təqsirləndirilən şəxslərə bəraət verilib.
Qeyd edək ki, “Ergenekon işi” üzrə araşdırma və həbslər 2006-cı ildə başlayıb, yüzlərlə hərbçi, siyasətçi həbs edilib. Onların arasında Türkiyənin keçmiş Baş Qərargah rəisi İlkər Başbuğ, Vətən Partiyasının rəhbəri Doğu Perincek, general-mayor Vəli Kücük ömürlük həbs cəzası alıblar.
Daha sonra onların günahsız olduğu müəyyənləşib və azadlığa buraxıblar.
Bu xəbər oxucular tərəfindən 32 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed