Şrift:
İran nüvə razılaşmasının şərtlərini pozub
02.07.2019 [11:29] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran zənginləşdirilmiş uran ehtiyatlarının (3,67%-ə qədər) miqdarını 300 kiloqramdan artıq edib.

Bu barədə Atom Energetikası üzrə Beynəlxalq Agentliyin məlumatında deyilir.

May ayından etibarən İran nüvə razılaşması ilə bağlı öhdəliklərinin bir qismini icra etməyəcəyini açıqlamışdı. Buna səbəb kimi ABŞ sanksiyaları fonunda razılaşmanın digər tərəfdaşlarının İrana dəymiş zərəri kompensasiya etməkdən boyun qaçırması göstərilirdi.
Bu xəbər oxucular tərəfindən 25 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed