Şrift:
Polis orqanlarının yaranmasının ildönümü Cəlilabadda qeyd olunub
03.07.2019 [09:14] - Gündəm, Hüquq
Azərbaycanda polis orqanlarının yaranmasının 101-ci ildönümü ilə əlaqədar Cəlilabadda tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Toplantıda çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov peşə bayramı münasibətilə polis işçilərini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Qeyd olunub ki, Azərbaycan polisi dövlətçiliyimizin qorunub möhkəmlənməsində, sabitliyin və əmin-amanlığın təmin olunmasında bundan sonra da öz qüvvə və səylərini əsirgəməyəcək.

Tədbirdə çıxış edən rayon polis şöbənin rəisi, polis polkovniki Mübariz Quliyev Azərbaycan polisinin keçdiyi şərəfli yoldan danışıb, ümummilli lider Heydər Əliyevin 1998-ci il 24 may tarixli Fərmanı ilə hər il iyulun 2-nin ölkəmizdə polis günü kimi qeyd olunduğunu diqqətə çatdırıb.

Bildirilib ki, rayon polis şöbəsinin əməkdaşları Azərbaycan qanunlarına, xalqa, Vətənə, ümummilli lider Heydər Əliyev ideyalarına və Prezident İlham Əliyevə daim sadiqdirlər və ictimai asayişin, vətəndaşların hüquq və azadlıqlarının qorunmasında bundan sonra da şərəflə çalışacaqlar.

Sonda xidməti fəaliyyətdə fərqlənən bir qrup polis işçisinə rayon icra hakimiyyətinin fəxri fərmanı verilib.
Bu xəbər oxucular tərəfindən 22 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed