Şrift:
İran ölkəyə dərman peraparatlarının idxalına qoyulacaq sanksiyadan narahatdır
21.08.2012 [09:37] - Güney Azərbaycan xəbərləri
Gələcəkdə xarici şirkətlər tərəfindən dərman peraparatlarının İrana idxalına tətbiq olunacaq sanksiyalar narahat edicidir. Ölkə rəsmiləri diplomatik yolla bu sanksiyaların aradan qaldırılmasına çalışmalıdırlar. Bunu İranın səhiyyə nazirinin müavini , ərzaq və dərman preparatları üzrə təşkilatın rəhbəri Əhməd Şeybani deyib. Bu barədə MEHR agentliyi məlumat verir.
Şeybani bəzi Qərb ölkələri tərəfindən İrana ərzaq və dərman preparatlarının idxalına sanksiya tətbiq edilməsini tənqid edib və deyib ki, beynəlxalq qanunlara əsasən, heç bir ölkə bu kimi məhsullara sanksiya tətbiq edə bilməz.
"Hazırda ölkədə kifayət qədər hemofiliya və bəzi digər xəstəliklər üçün lazım olan preparatlar mövcuddur, lakin əgər sanksiyalar tətbiq olunarsa gələcəkdə bu sahədə problemlər yarana bilər",- deyə Şeybani bildirib.
Bu xəbər oxucular tərəfindən 940 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed