Şrift:
XXX Yay Universiadasında Azərbaycanı 22 idmançı təmsil edəcək
03.07.2019 [10:05] - Xəbərlər, İdman
İyulun 3-də İtaliyanın Napoli XXX Yay Universiadası start götürəcək.

“Gənclik” Könüllü Tələbə İdman Cəmiyyəti Respublika Şurasının (KTİC RŞ) sədri Tofiq Xanəliyevin verdiyi məlumata görə, yarışda ölkəmizi bədii gimnastika, idman gimnastikası, cüdo, taekvondo, atletika, qılıncoynatma üzrə 22 idmançı təmsil edəcək. Yarışlar iyulun 14-dək davam edəcək.

Xatırladaq ki, Çinin Taypey şəhərində təşkil olunan XXIX Ümumdünya Yay Universiadasında Azərbaycan idmançıları üç qızıl, bir gümüş, dörd bürünc medal qazanaraq yekun siyahıda 24-cü yerdə qərarlaşıblar.
Bu xəbər oxucular tərəfindən 473 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed