Şrift:
Britaniya İranın öz nüvə öhdəliklərini pozmasından narahatlıq ifadə edib
03.07.2019 [10:24] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Britaniyanın Xarici İşlər Naziri Ceremi Hant İranın zənginləşdirilmiş uran ehtiyatının həcmini 300 kiloqramdan çox artırmasını narahatedici adlandırıb.

“İranın öz nüvə öhdəliklərini pozmasından ciddi narahatam. Britaniya nüvə razılaşmasının uğurlu olması və bütün diplomatik vasitələrdən istifadə etməklə, regiondakı gərginliyi aradan qaldırılması üçün lazım olan bütün addımları atır”- deyə Hant “Twitter”də yazıb.

O, həmçinin rəsmi Tehranı nüvə razılaşmasının əksinə olan hər cür addımı atmaqdan çəkinməyə və öz öhdəliklərini yerinə yetirməyə davam etməyə çağırıb.

Xatırladaq ki, Beynəlxalq Atom Enerjisi Agentliyi iyunun 1-də İranın zənginləşdirilmiş uran ehtiyatının 300 kiloqramı keçdiyini bəyan etmişdi.

Bundan öncə iranlı rəsmilər Avropa İttifaqı ölkələrinə 60 gün möhlət verərək, onları nüvə razılaşması çərçivəsində üzərilərinə götürdükləri öhdəliklərə “əməl etməyə” çağırmışdılar. Rəsmi Tehran bunun əksinin baş verdiyi təqdirdə, razılaşma çərçivəsində üzərinə götürdüyü bəzi öhdəliklərin yerinə yetirilməsini dayandıracağını bildirmişdi.
Bu xəbər oxucular tərəfindən 297 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed