03.07.2019 [10:28] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbriz şəhərindən olan iki güney azərbaycanlı karikaturaçının əsərləri Türkiyədə Beynəlxalq Karikatura Sərgisinə yol tapıb.
Davud Dildar və Neda Tənhayi Müqəddəmin “mərhəmət” mövzusunda əsərlərinin iyulun 1-də beynəlxalq sərgiyə seçildiyi bildirilir.
“Gənc Müxbirlər Klubu” agentliyi sərginin “Katib Çələbi” Universitetinin təşəbbüsü ilə İzmirdə keçirildiyini qeyd edib.
Dünya karikaturaçıları arasında gedən yarışdan sonra seçilmiş karikaturaçılar “İnsan olmaq qabliyyəti”ni komediya əsərləri şəkilində nümayiş etdiriblər. Əsərlər İzmirdə heykəl və rəsm əsərləri muzeyində sərgilənib.
Davud Dildar və Neda Tənhayi Müqəddəm Güney Azərbaycanın tanınmış karikaturaçılarından sayılır, onlar ölkədaxilində və beynəlxalq səviyyədə keçirilən müxtəlif festivallarda böyük uğurlara imza atıb.

Bu xəbər oxucular tərəfindən 344 dəfə izlənilmişdir!
![]() | ![]() |
Yahoo | ![]() |
![]() |
|||
![]() |
Del.icio.us | ![]() |
Digg | ![]() |
StumbleUpon | ![]() |
FriendFeed |