Şrift:
Urmiyə zindanınında gözlənilmədən yoxlama aparılıb, məhbusların əşyaları götürülüb
03.07.2019 [10:29] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Urmiyə şəhərinin mərkəzi zindanında həbsxana məsulları tərəfindən gözlənilmədən yoxlama aparılıb. Məhbusların bir çox şəxsi əşyası təxrib edilib və ya yoxlayıcılar tərəfindən götürülüb.

“Herana” agentliyinin yaydığı xəbərdə bildirilir ki, hadisə iyulun 1-də baş verib.

Məlumata görə, təxminən 30 nəfərdən ibarət olan zindan məmurları həbsxananın siyasi məhbuslara aid bölümündə axtarış aparıb.

Bu barədə etibarlı bir mənbə bildirilib ki, məmurlar yerli vaxtla saat 7 radələrində siyasi məhbusların saxlandığı bölümə daxil olub. Onlar birinci olaraq məhbusları yoxlayıb, sonra başqa korpusa aparıblar. Bundan sonra məhbusların şəxsi əşyalarını yoxlayan məmurlar onlara aid elektrik alətləri, əlyazmalar, pul və gündəlik keçimlərini təmin etmək üçün hazırladıqları əl işlərini özləri götürüblər.

Həmin mənbə əlavə edib ki, məmurlar məhbusların öz vəsaiti hesabına əldə etdikləri paltar, qida məhsulları və yemək qablarını ayaqlar altına atıb və üstündə gəzərək məhv ediblər.

Məlumata görə, məmurlar götürdükləri 5 “Setup Box”dan 3-nü təxrib edərək geri qaytarıblar.

Oxşar hadisə Urmiyə zindanında 2018-ci il sentyabrın 18-də baş vermişdir. Həbsxananın 12-ci bölümündə yoxlama aparan zindan məmurları yenə də məhbusların bir çox şəxsi əşyasını təxrib edib və ya götürmüşdür. Bu hadisədən qısa müddət sonra həmin bölümün məhbusları zindanın 50 xüsusi məmuru tərəfindən döyülüb və işgəncə edilmişdir. Məhbuslardan 3-ü döyüldükdən sonra təknəfərlik kameralara intiqal edilmişdir.
Bu xəbər oxucular tərəfindən 44 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed