Şrift:
Türkiyədə saxta spirtli içkidən zəhərlənənlərin sayı artmaqdadır
04.07.2019 [09:20] - Gündəm, Hadisə
Türkiyənin Mersin vilayətində saxta spirtli içkidən zəhərlənənlərin sayı artmaqdadır.

Daha 5 nəfərin xəstəxanaya yerləşdirilməsi nəticəsində zəhərlənmə diaqnozu ilə müalicə alanların sayı 15-ə çatıb. Onlardan bir neçəsinin vəziyyəti ağırdır.

Qeyd edək ki, son günlər Mersində saxta spirtli içkidən zəhərlənmə nəticəsində beş nəfər ölüb.

İyulun 2-də Türkiyə polisi saxta spirtli içki istehsalına və yayılmasına qarşı geniş əməliyyat keçirilib. Nəticədə təkcə bir adresdən 3300 şüşə saxta spirtli içki aşkar edilib.

Sabir Şahtaxtı
Bu xəbər oxucular tərəfindən 375 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed