Şrift:
Təbrizdə ikinci dəfə etiraz yığıncağı keçirən səyyar satıcılardan bir neçəsi saxlanılıb
04.07.2019 [11:18] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bir qrup səyyar satıcı Təbriz İcra Hakimiyyətinin binası qarşısında ikinci dəfə olaraq etiraz yığıncağı keçirib.

Təbrizin tarixi bazarında səyyar satıcılığın qadağan olunmasına qarşı keçirilən yığıncaq iyunun 2-də baş tutub. Satıcılar verdikləri açıqlamada bildirib ki, bizim güzəranımız bazarda səyyar satıcılıqdan təmin olunur. Bu işin qadağan edilməsi ilə biz gəlir mənbəyimizi itiririk.

Həmçinin bildirilir ki, Təbriz vaxtı ilə saat 11 radələrində etirazçılardan bir neçəsi Gürcülər xiyabanında tutulub, onlar bir neçə saat saxlandıqdan sonra sərbəst buraxılıb.

Güney Azərbaycanda hökm sürən iqtisadi gərginlik səyyar satıcılıq kimi işlərə üz tutanların sayının artmasına səbəb olub. Bəzi hallarda mağaza sahibləri də səyyar satıcılara etiraz bildirir. Lakin onların keçiminin bu yolla təmin olunmasını nəzərə aldıqda aydın olur ki, satıcılara qadağa tətbiq etmək və onları saxlamaqla problemi həll etmək mümkün deyil. Həmin şəxslər ya başqa işlə təmin olunmalı və ya şəhərin müəyyən yerlərində onların alverlə məşğul olmasına icazə verilməlidir.

N.S
Bu xəbər oxucular tərəfindən 298 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed