Şrift:
Güney Azərbaycandan “Tara” tamaşası Türkiyədə keçiriləcək festivalda nümayiş etdiriləcək
04.07.2019 [11:19] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Novruz bayramı günlərində Türkiyə paytaxtı Ankarada keçirilən festivala qatılan “Təçər” tamaşa qrupu bu dəfə “Tara” tamaşası ilə “Ural İzmir” festivalında iştirak edəcək.

Tamaşa qrupu iyunun 3-də İzmirdə keçiriləcək festivala dəvət olunub.

“Tara” tamaşasının ssenarisi “Dünyada barış” mövzusu əsasında Təbrizdə yazılıb və istehsal olunub. Tamaşanın rejissoru və ssenaristi Behzad Məsumidir.

“Təçər” qrupu “Təlxək” tamaşası ilə yazın orta ayında Türkiyədə keçirilən Ayvalıq Festivalına da qatılıb. “Ural İzmir” Festivalı “Təçər” qrupunun son aylarda qatıldığı üçüncü beynəlxalq festival olacaq.

“Tara” tamaşasında Kövsər Salehi rejissorun köməkçisi, Elyar Haşimi işıq dizayneri, Şahin Kazımnəjad musiqi və Nima Atefi tamaşanın müdiri kimi festivala qatılacaqlar.

“Ural İzmir” tamaşası yayın orta ayında Türkiyənin İzmir şəhərində keçiriləcək.

N.S
Bu xəbər oxucular tərəfindən 47 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed