Şrift:
Yaponiyadan Türk dünyasına örnək addım – Uyğurların lideri Çin rejiminə qarşı aksiyalar düzənlədi
04.07.2019 [11:22] - Xəbərlər, Türk dünyası-Turan
Yaponiya hökuməti Çinin basqılarına boyun əyməyərək G-20 öncəsi Dünya Uyğur Konqresinin rəhbəri Rabia Kadiri ölkəyə buraxıb.

Zirvə toplantısının təşkil olunduğu Osaka şəhərində Çin zülmünə qarşı etiraz aksiyasının keçirilməsinə də icazə verilib. Aksiyada yapon aktivistlər, R.Kadir və onu müşayiət edən uyğurlar iştirak edib. Bütün türk və müsəlman ölkələrinin öz qapılarını uyğurların lideri Rabiyə Kadirin, hətta sıravi uyğurların üzünə bağladığı bir dünyada Yaponiyanın bu mövqeyi çox qiymətlidir.
Bu hadislələri şərh edən siyasi şərhçi Şahin Cəfərli Türküstan.info-ya açıqlamasında bildirib ki, Çin hökuməti 1 milyondan çox türk-müsəlmanı kamplara doldurduğunu dünyaya izah etməkdə çətinlik çəkir və absurd arqumentlər səsləndirir:
“Məsələn, indi də deyirlər ki, uyğurlar əslində türk deyil, sadəcə olaraq müstəmləkəçi dövlətlər XIX-XX əsrlərdə indiki Sintszyan ərazisində yerli ekstremistlərin əli ilə pantürkizmi və panislamizmi körükləyərək süni şəkildə Şərqi Türküstan problemi yaradıblar”.

Yaponiyadan Türk dünyasına örnək addım – Uyğurların lideri Çin rejiminə qarşı aksiyalar düzənlədi

Yaponiyadan Türk dünyasına örnək addım – Uyğurların lideri Çin rejiminə qarşı aksiyalar düzənlədi
Bu xəbər oxucular tərəfindən 51 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed