Şrift:
Fərəc Quliyev Azərbaycanın Yubiley Medalı ilə təltif olunub (foto)
04.07.2019 [16:08] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunub. Prezidentin 27 may, 2019-cu il tarixli sərancamı ilə hazırlanan medal bu gün- 04.07.2019 tarixində F.Quliyevə təqdim olunub.
Milli Dirçəliş Hərəkatı Partiyası olaraq Azərbaycanın suverenliyinin qorunub saxlanması və inkişafındakı xidmətlərinə görə xüsusi əhəmiyyətə malik bu təltif münasibəti ilə partiya sədrini böyük qürur hissi ilə təbrik edirik və qeyd etmək istəyirik ki, Fərəc Quliyev Sovet işğalından sonra Azərbaycanın yenidən müstəqilliyini bərpa edilməsi uğrunda başlanan Milli Azadlıq Hərəkatının liderlərindən biri olub. Vətənin azadlığı uğrunda Sovet imperiyasına qarşı silahlı mübarizə də aparmış F.Quliyev Azərbaycanın müstəqilliyi aktını hazırlayan 3 həmmüəllifdən biri, Siqnator deputat və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərin iştirakçısı olub.

MDHP Mətbuat Xidməti

Fərəc Quliyev Azərbaycanın Yubiley Medalı ilə təltif olunub (foto)
Bu xəbər oxucular tərəfindən 117 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed