Şrift:
Roberto Montella yenidən ATƏT Parlament Assambleyasının Baş katibi seçilib
05.07.2019 [10:30] - Gündəm, Siyasət
Lüksemburqda keçirilən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (ATƏT PA) 28-ci illik sessiyasında Assambleyanın fəaliyyətdə olan Baş katibi Roberto Montella yeni müddətə həmin vəzifəyə seçilib.

Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Bahar Muradovanın başçılıq etdiyi Azərbaycan parlament nümayəndə heyəti italiyalı siyasətçinin namizədliyini dəstəkləyib.

Bu dəqiqələrdə ATƏT Parlament Assambleyasının gündəliyinin bəndləri müzakirə olunur və təsdiq edilir.



Vüqar Seyidov
Bu xəbər oxucular tərəfindən 57 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed