Şrift:
Milli Məclisin nümayəndə heyətinin rəhbəri ATƏT PA-nın sessiyasında çıxış edib
05.07.2019 [10:30] - Gündəm, Siyasət
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (ATƏT PA) 28-ci illik sessiyası çərçivəsində ATƏT PA-nın Daimi Komitəsinin iclası davam edir. Təşkilatın sədri Georgi Seretelinin məruzəsi ətrafında çıxışlar başlanıb.

Çıxış üçün söz alan Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədrinin müavini Bahar Muradova qeyd edib ki, davamlı inkişaf sülhün, sabitliyin, firavanlığın, demokratiyanın və insan haqlarının müdafiəsinin təmin edilməsi üçün zəruri şərtdir. Siyasətçi 2030-cu ilə qədər yoxsulluğun aradan qaldırılmasına və iqlimin müdafiəsinə yönəlmiş təxirəsalınmaz tədbirlər görməyə, habelə zorakı ekstremizmin, kütləvi miqrasiyanın və münaqişələrin qarşısının alınması məqsədi ilə dialoqa şərait yaratmağa çağırıb.

“Terrorizmə, korrupsiyaya və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə təhlükəsizlik sahəsində gündəliyimizin əsas mövzusu olaraq qalır”, - deyən B.Muradova daha sonra xatırladıb ki, Azərbaycanın təşəbbüsü ilə ATƏT PA-nın himayəsi altında İpək Yoluna Dəstək Qrupu və Bakı Parlament Platforması yaradılıb.

Azərbaycan nümayəndə heyətinin rəhbəri vurğulayıb: “Məhz milli, regional və qlobal miqyaslı bu cür təşəbbüslər 2030-cu il gündəliyinin hədəflərinə nail olmaqda parlamentarilərin rolunun artırılmasına şərait yaradacaq”.



Vüqar Seyidov
Bu xəbər oxucular tərəfindən 50 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed