Şrift:
Tutanxamonun büstü təqribən 6 milyon dollara satıldı
05.07.2019 [10:38] - Mədəniyyət
Misir fironu Tutanxamonun büstü “Christie's” hərrac evində təqribən 6 milyon dollara satılıb. Bu barədə satış evinin nümayəndələri məlumat yayıb.

Adını bildirməyən alıcı hərrac rüsumu nəzərə alınmaqla 4 milyon 746 min funt qoyub ki, bunu ABŞ dollarına çevirəndə 5,97 milyon edir.

Misirin hökumət orqanları vaxtilə əcnəbi arxeoloqlar tərəfindən tapılmış və ölkədən qeyri-qanuni yolla çıxarılmış artefaktların geri qaytarılması tələbini çoxdan bəri irəli sürürlər. Bu səbəbdən də hərrac zamanı “Christie's” ofisinin qarşısında 20 etirazçı toplaşaraq əllərində “Misir tarixi satılmır” şüarı yazılmış transparant tutub.
Bu xəbər oxucular tərəfindən 23 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed